Home » Rusiya Maliyyə Bazarının tanınmış nümayəndələrinin ADA Universitetinin tələbələri ilə görüşü

Rusiya Maliyyə Bazarının tanınmış nümayəndələrinin ADA Universitetinin tələbələri ilə görüşü

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjası ölkəmizdə rəsmi səfərdə olan Rusiya maliyyə bazarının tanınmış nümayəndələri ilə silsilə görüşlər təşkil edir.

Belə görüşlərdən biri 6 iyun 2024-cü il tarixində ADA Universitetinin tələbələri üçün “Maliyyə Bazarlarının İnfrastrukturu” mövzusunda təşkil edilmiş tədbir oldu.

Rusiya fond birjasının qurucularından biri, Maliyyə Bazarı Şurasının sədri, “Investment Partners” şirkətinin sahibi, “NP RTS” Assosiasiyasının Direktorlar Şurasının sədri, “Alor” Şirkətlər Qrupunun təsisçisi Qavrilenko Anatoliy Qriqoryeviç tələbələr qarşısında çıxış edib. Məruzəçi Rusiyann müasir maliyyə bazarının yaranma tarixi və onun inkişaf mərhələləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Rusiyanın maliyyə sektorundakı təcrübə proqramlarını və təqaüdlərini vurğulayan Qavrilenko Anatoliy Qriqoryeviç tələbələrə maliyyə, investisiya və əlaqəli sahələrdə uğurlu karyera qurmağın onların özlərinin, xüsusən də ölkə iqtisadiyyatının inkişafına müsbət təsirindən danışdı.

Görüşdə, həmçinin “Investment Partners” şirkətinin baş direktoru Timofeyev Dmitri Nikolayeviç, Bakı Fond Birjasının Baş Kommersiya inzibatçısı Oqtay Qasımov tələbələrin qarşısında çıxış edib.

Tədbirin keçirilməsində məqsəd kapital bazarına marağı olan tələbələrə qlobal və yerli kapital bazarları, beynəlxalq təcrübələr, müxtəlif yerli və xarici investisiya alətləri haqqında ətraflı məlumat vermək olub.

Tələbələrin böyük marağına səbəb olan tədbir, onların maliyyə sahəsindəki nəzəri biliklərini bir növ “ilkin mənbədən” əldə etdikləri hərtərəfli və faydalı məlumatla zənginləşdirərək, onlara gələcək karyeralarında investisiya sahəsində yeni yollar göstərib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.