Home » Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19%-ə yüksəldib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19%-ə yüksəldib

by anar
0 comment 1 views 1 minutes read

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilən iclasında uçot dərəcəsini 100 baza bəndi – illik 19%-ə qədər artırmaq barədə qərar qəbul edilib.

BBN.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

“Hazırkı inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna illik inflyasiya, çox güman ki, iyul proqnoz aralığı olan 6,5-7%-i keçəcək. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və onun 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”, – məlumatda qeyd edilib.

Rusiya Bankı növbəti iclasda da uçot dərəcəsinin artırılması ehtimalını istisna etmir.

İlkin olaraq əksər analitiklərin əsəs proqnozu oktyabrda keçiriləcək növbəti iclasda artım ehtimalı ilə sentyabrda uçot dərəcəsini 18 % səviyyəsində saxlamaq idi.

Əsas məzənnənin səviyyəsi ilə bağlı məsələyə baxılacaq növbəti iclas oktyabrın 25-nə təyin edilib.

Report

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.