1

Rusiyanın Çindəki səfiri İqor Morqulovun sözlərinə görə, Moskva və Pekin müstəqil ödəniş infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq edir.
Səfir bildirib ki, bu təşəbbüs Qərbin maliyyə-bank sektorunda şərtlərini diktə etmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Onun sözlərinə əsasən, Rusiya maliyyə ismarıclarının ötürülməsi üzrə öz sistemini inkişaf etdirir. Bununla yanaşı, Çinin CIPS adlı transsərhəd sistemi mövcuddur və artıq bir sıra Rusiya bankları həmin sistemə qoşulub.







