Home » Rusiya və Belarus sanksiyalardan təsirlənib

Rusiya və Belarus sanksiyalardan təsirlənib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya Federasiyası Qərbi Avropa və ABŞ sanksiyalarından təsirlənərək iqtisadiyyatın müxtəlif aspektlərində geriləmələrə məruz qalıb. İstehlak qiymətləri indeksi 2016-cı ildən bu yana qeydə alınan ən yüksək göstəricisinə çatıb. Bu səbəbdən, Rusiya Mərkəzi Bankının növbəti iclasda uçot faiz dərəcəsini daha 100 faiz bəndi artıraraq 8.5%-ə çatdıracağı ehtimal edilir.

Digər tərəfdən isə maliyyə sektoru ən çox təsirlənən sektorlardan olub. Belə ki, rus rublu dollar və avro qarşısında tarixinin ən aşağı səviyyəsinə geriləyib. Hazırda 1 ABŞ dolları 73.44, 1 avro isə 82.85 rus rubluna bərabərdir. Bununla yanaşı, Rusiya banklarının beynəlxalq banklararası mübadilə sistemi olan SWIFT sistemindən çıxarılması təhlükəsi irihəcmli bankların səhm dəyərlərində azalmaya gətirib çıxarıb. Belə ki, “Sberbank” səhm dəyəri son bir ayda 21.18% azalaraq 268.98 rubl, “VTB Bank” səhm dəyəri isə 20.1% azalaraq 0.5 rubldan 0.4 rubla geriləyib.

Belarus Respublikasının banklarının SWIFT sistemindən ayrılaraq Rusiyanın daxili SPFS sisteminə qoşulacağı ilə bağlı verilən açıqlamalardan sonra Qərbin ölkəyə sanksiyalarının artırılması ehtimal edilir. Bu isə, Belarus iqtisadiyyatına və maliyyə sektoruna təsirsiz ötüşməyəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.