Home » Rusiyada azərbaycanlı gənclər yeni sosial şəbəkə yaradıb

Rusiyada azərbaycanlı gənclər yeni sosial şəbəkə yaradıb

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Rusiyada azərbaycanlı gənclər qrupu yeni sosial şəbəkə yaradıb.

BBN.az xəbər verir ki, yeni yaradılan sosial şəbəkənin adı BÜLBÜL-dür. Şəbəkənin yaradıcılarından biri olan həmyerlimiz Ceyhun Hüseynov  bildirib ki, bu yaxınlarda App Store-da dünya azərbaycanlılarını birləşdirmək məqsədilə düzəldilmiş yeni sosial şəbəkə yaradılıb.

Onun sözlərinə görə, BÜLBÜL (Xarabülbüldən qısaldılmış) adlı layihənin gələcək üçün böyük planları var, hazırda isə yalnız iPhone platformasında mövcuddur.

“BÜLBÜL sosial şəbəkəsində fərdi şəxs, həmçinin müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. BÜLBÜL yalnız ünsiyyət üçün bir sosial şəbəkə deyil, həm də biznes, kiçik və orta sahibkarlığa dəstək üçün bir vasitədir” deyə Hüseynov vurğulayıb.

Həmyerlimiz qeyd edib ki, onları bu şəbəkəni yaratmağa vadar edən səbəb — uzun müddət öz vətənlərindən uzaqda yaşamaq, sevimli, milli məhsullarını tapmaq o qədər də asan olmaması və ana dilini nadir hallarda eşitməkdir:”Beləliklə, hər bir istifadəçini xəritədə və ya şəhər, cins, yaş, ixtisas üzrə “dostlar axtarışı” bölməsində tapa biləcəyiniz bir platforma yaratmaq ideyası ortaya çıxdı.Şəbəkənin yaradıcı heyəti çox ümid edir ki, istifadəçilər layihənin ərsəyə gəlməsində qoyulan səyləri qiymətləndirəcək və bu milli layihəni fəal şəkildə dəstəkləyəcəklər“.

BULBUL social network App Store-da yazıb və ya link vasitəsilə keçid edib yükləyə bilərsiniz:
https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.