
Rusiya Xəzinədarlığı dövlət vəzifəsi tutan şəxsə ilk dəfə olaraq əməkhaqqını rəqəmsal rubl ilə ödəyib. Bu barədə Rusiya Maliyyə Nazirliyinə istinadən məlumat verilib.
Nazirlik əməkhaqqını rəqəmsal rublla alan ilk şəxsin adını açıqlamayıb. Bildirilib ki, rəqəmsal rublun büdcə prosesinə tətbiqi üzrə eksperiment Maliyyə Nazirliyi və Rusiya Mərkəzi Bankı tərəfindən birgə həyata keçirilir.
Qeyd olunur ki, 2026-cı il yanvarın 1-dən etibarən rəqəmsal rubl hesabı ilə əməliyyatlar mümkün olacaq. Ödənişlər isə yalnız alıcıların istəyinə uyğun olaraq rəqəmsal rubllarla həyata keçiriləcək.





