Home » Rusiyadan pul köçürmək indi daha rahat oldu

Rusiyadan pul köçürmək indi daha rahat oldu

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Beynəlxalq Bankı “Granat” sürətli pulköçürmə sistemini təqdim edir. Bu xidmət fiziki şəxslərə vəsaitləri manat, rubl, ABŞ dolları və avro valyutalarında sürətli, sərfəli şərtlərlə köçürmək imkanı yaradır. Rusiyadan Azərbaycana pul köçürmələrini istənilən Rusiya bankının kartı ilə “Granat” mobil əlavəsi vasitəsilə, yaxud ABB-Moskvanın xidmət ofisində nağd qaydada həyata keçirmək olar. Rusiyadan Azərbaycana köçürülən vəsaiti Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrindən manat, rubl, ABŞ dolları və avro valyutalarında əldə etmək mümkündür. Bankın kartlarına ödəniş kartının valyutasında köçürülənvəsaiti isə Azərbaycan Beynəlxalq Bankının geniş ATM və POS-terminal şəbəkəsi vasitəsilə almaq olar.

Azərbaycandan Rusiyaya vəsaiti Bankın istənilən filial və şöbəsindən nağd qaydada köçürmək mümkündür. “Granat”-la sürətli pulköçürmə üzrə komissiya haqqı köçürülən məbləğin cəmi 0,9%-i təşkil edir.

“Granat” tətbiqinin imkanlarından faydalanmaq üçün Rusiyadakı müştərilər öz mobil telefonlarına bu əlavəni yükləməlidirlər. Mobil tətbiq valyuta seçimi, pulköçürmə üçün optimal variantların müəyyənləşdirilməsi, eləcə də əməliyyat tarixçəsinin izlənməsi üçün müştərilərə geniş imkanlar yaradır. Tətbiqi App Store və Google Play-dən yükləmək olar. “Granat” pulköçürmə sistemi ilə bağlı daha ətraflı məlumatı buradan öyrənmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.