Home » Rusiyanın beynəlxalq ehtiyatları rekord səviyyəyə yüksəlib

Rusiyanın beynəlxalq ehtiyatları rekord səviyyəyə yüksəlib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Rusiya Mərkəzi Bankının rəsmi saytında dərc olunan məlumata görə, ölkənin beynəlxalq ehtiyatları 12–19 dekabr tarixləri arasında 1,6 % artaraq 752,6 milyard ABŞ dollarına çatıb və bununla da tarixi rekord müəyyən edib.

12 dekabr tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 741 milyard dollar təşkil edirdi. Bildirilir ki, ötən il ərzində ehtiyatların həcmi ümumilikdə 1,8 % artıb. 2025-ci il yanvarın 1-nə olan məlumata əsasən isə ölkənin beynəlxalq ehtiyatları 609,1 milyard dollar səviyyəsində olub.

Qeyd edək ki, Rusiyanın beynəlxalq qızıl-valyuta ehtiyatları Mərkəzi Bank və hökumətin sərəncamında olan yüksək likvidliyə malik xarici aktivlərdən formalaşır. Bu ehtiyatlara monetar qızıl, xüsusi borclanma hüquqları (SDR), Beynəlxalq Valyuta Fondunda (BVF) ehtiyat mövqeyi, eləcə də xarici valyutada vəsaitlər daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.