Home » “Rəqəmsal dövlət maliyyəsi” sistemi tətbiq olunur: büdcə məlumatları və satınalmalar elektronlaşdırılacaq

“Rəqəmsal dövlət maliyyəsi” sistemi tətbiq olunur: büdcə məlumatları və satınalmalar elektronlaşdırılacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma mərhələsi genişləndirilir. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə büdcə məlumatlarının və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi, eləcə də satınalma müqavilələrinin elektron qaydada bağlanılması nəzərdə tutulur.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Prezidentin 25 avqust 2025-ci il tarixli 489 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələr üzrə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib. Sistem büdcə, vergi, gömrük, dövlət rüsumları, dövlətə məxsus hüquqi şəxslərin dividendləri, audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, xəzinədarlıq, dövlət borcu və maliyyə öhdəliklərinin idarə olunmasını əhatə edəcək.

Təklif olunan dəyişikliklərə əsasən, “Büdcə sistemi haqqında” qanun çərçivəsində dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin hazırlanması üçün zəruri məlumatlar, eləcə də gəlir və xərclər bölgüsü üzrə məlumatlar müvafiq dövlət orqanları ilə büdcə təşkilatları arasında məhz bu informasiya sistemi vasitəsilə mübadilə ediləcək.

“Mühasibat uçotu haqqında” qanuna dəyişikliklə “e-mühasibat” anlayışı ləğv edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi informasiya sistemi anlayışı ilə əvəz olunur. Yeni yanaşma çərçivəsində mühasibat uçotunun aparılması və maliyyə, o cümlədən birləşdirilmiş maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi birbaşa “Rəqəmsal dövlət maliyyəsi” sistemi üzərindən həyata keçiriləcək.

“Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişikliklər isə satınalma müqavilələrinin elektron qaydada bağlanılmasını nəzərdə tutur. Həmçinin aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən edilməsi və tələb olunan məlumatların sistem tərəfindən portala ötürülməsi kimi proseslər də vahid informasiya sistemi çərçivəsində tənzimlənəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.