Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal Rabitə Mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb.
Layihə müsabiqənin “İnnovativ Kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb. https://www.digitalcommunicationawards.com/winner/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və bir sıra digər ölkələrin 150-ə yaxın qurumu iştirak edib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-nin “OnCon Icon Awards 2024” müsabiqəsinin” 10 ən yaxşı texnologiya komandası” kateqoriyasında qalib seçilib.
https://www.onconferences.com/24teamwinners-tech
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən Dell Technologies, EY, Microsoft, Walmart və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.