Home » Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlığına başlanır

Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlığına başlanır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sənaye sahəsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılmış müasir tipli peşə təhsil müəssisəsinə 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu nəzərdə tutulur.

500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı peşə təhsil müəssisəsində kimya, inşaat və mexatronika istiqamətləri üzrə – torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Tədris prosesində istifadə edilən təhsil proqramları (kurrikulumlar) müvafiq sənaye sahələri üzrə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

1 illik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Qəbul vaxtı və proseduru barədə əlavə məlumat veriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.