Səudiyyə Ərəbistanında 1.500-dən çox vəsait göndərən və qəbul edən sakin və vətəndaşlar arasında sorğu aparılıb. Onlardan beynəlxalq səviyyədə vəsaitin necə, nə vaxt, nə üçün göndərdiklərini və qəbul etdiklərini soruşublar.
BBN.az zawya.com-a istinadən xəbər verir ki, Western Union tərəfindən aparılan araşdırmaya əsasən bu ölkədə müştərilər indi və gələcəkdə rəqəmsal pul transferini aparmağa daha çox üstünlük verirlər.
Data-lar göstərib ki, Səudiyyəlilərin demək olar ki, 60%-ə yaxını vəsaiti xaricə transfer etmək üçün rəqəmsal pul transfer xidmətlərinə üstünlük verirlər. 22%-i isə istədiyi seçimi edir və respondentlərin 17%-i isə vəsaiti ancaq riteyl kanalları vasaitəsilə nağd göndərir.
Gələcəkdə beynəlxalq pul köçürmələri zamanı hansı seçimə üstünlük verilməlidir sualına isə respondentlərin cavabı qarışıq olub. 47%-dən çox inanır ki, transferlər ancaq rəqəmsal yolla olmalıdır, 44%-i istədiyi seçimi edir və 9%-i isə ancaq nağd köçürmələrə üstünlük verir. 19%-i isə hələ də inanır ki, gələcəkdə vəsaitləri belə nağd pulda saxlamalıdırlar. Araşdırma həmçinin göstərib ki, Səudiyyə Ərəbistanında qadınlar bir ayda kişilər ilə müqayisədə daha çox vəsait transferləri edirlər.