Home » Şəhid Milli Qəhrəman Natiq Qasımovun ailəsinə mənzil təqdim edilib

Şəhid Milli Qəhrəman Natiq Qasımovun ailəsinə mənzil təqdim edilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.

Mənzilin sənədlərini Natiq Qasımovun anasına Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov təqdim edib. O, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

Bildirilib ki, imtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ötən dövrdə uğurla davam etdirilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

Postmüharibə dövründə 6 072, ümumilikdə ötən dövrdə 15 000-dək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Şəhidin anası Dursun Qasımova diqqət və qayğı ilə əhatə olunduğuna, yeni mənzillə təmin edildiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Prezident cənab İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.