Home » Şəki sahibkarları ilə görüş keçirilib

Şəki sahibkarları ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Şəkidə aqrar sahədə fəaliyyət göstərən və Agentliyin rayonda yeni fəaliyyətə başlamış KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təlimlərə cəlb olunmuş KOB subyektləri ilə görüşüb.

Şəki KOBİM-də təşkil olunmuş görüşdə sahibkarların ehtiyacları və təklifləri dinlənilib, Şəki KOBİM tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri barədə fikirləri öyrənilib. Bildirilib ki, Şəkidə KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə yanaşı, “KOB Dostu” ofisi də fəaliyyət göstərir. Agentliyin bu struktur bölmələri Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən KOB-ların yerində dövlət dəstəyi mexanizmləri və onlara çıxışla bağlı məlumatlandırılmasına, maraqlarının müdafiəsinə, yeni KOB-ların yaranması və mövcud sahibkarlıq subyektlərinin inkişafına dəstək olur, bilik və bacarıqlarının artırılması üçün məsləhət və təlim xidmətləri göstərir.

Bu formatda görüşlər digər rayonlarda da davam etdiriləcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.