Home » Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib

Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı istiqamətində tədbirləri davam etdirir.

Əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib.

Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi Məşğulluq Proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində indiyədək Laçın rayonu üzrə öz doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluğunun təmin olunması üzrə geniş həcmli işlər həyata keçirilib. Belə ki, əhalinin məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndlərində 900-dən artıq şəxsin məşğulluğu təmin edilib. Onlardan 800-dən çoxu vakansiya üzrə işlə təmin olunub, 32 nəfər özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin edilib. Bundan əlavə, Laçın rayonunda 5 fərqli ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilib, kursları bitirən vətəndaşların müvafiq işlərlə təmin olunması istiqamətində fəaliyyət davam etdirilir.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.