Home » Sahibkarlar Almaniyada keçiriləcək “Prowein 2024” sərgisinə dəvət olunur

Sahibkarlar Almaniyada keçiriləcək “Prowein 2024” sərgisinə dəvət olunur

by Aytac
0 rəy 1 baxış 3 dəqiqə oxuma

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində 2024-cü ilin 10-12 mart tarixlərində keçiriləcək “Prowein 2024” beynəlxalq şərab və spirtli içkilər sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahə: Alkoqollu içkilər

XİFMN üzrə məhsulun kodu Məhsulun adı
2203 səməni pivəsi:
2204 təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa:
2205 vermutlar və bitki və ya aromatik ekstrakların əlavəsi ilə digər təbii üzüm şərabları
2206 digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyənvə ya təsnif olunmamış
2207 denaturasiya olunmamış etil spirti, 80 həcm % və ya çox spirt qatılığı ilə; etil spirti və digər spirtli tinkturalar, denaturasiya olunmuş, hər hansı bir qatılıqda
2208 denaturasiya olunmamış etil spirti, həcmi 80 %-dən az spirt qatılığı ilə; spirtli tinkturalar, likörlər və digər spirtli içkilər

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 30 oktyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması  – 5 bal;
  • meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • nümayiş olunacaq məhsulların siyahısı;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 20 oktyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel: +99412 5980147/48 (daxili 3624)

E-mail: samira.mammadova@azpromo.gov.az

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: +99412 5980147/48 (daxili 3664)

E-mail: ali.babayev@azpromo.gov.az

Mob: (+994502003940)

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.