Home » Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər

Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

2024-cü ilin I rübündə “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib.

2024-cü ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 80349 xidmət göstərilib ki, onlardan 72537-i (90,28%) dövlət qurumlarının (“G2B”), 7812-i (9,72%) isə özəl qurumların (“B2G”) xidmətləridir.

Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə – 64133 (79,82%), İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə – 5778 (7,19%), Dövlət Vergi Xidmətinə – 1183 (1,47%), Fövqəladə Hallar Nazirliyinə – 297 (0,37%), Dövlət Gömrük Komitəsinə – 296 (0,37%) müraciət ediblər. Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bölüşür.

Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.