Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2024-cü ilin 19-23 fevral tarixlərində keçiriləcək “Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida
XİFMN üzrə məhsulun kodu | Məhsulun adı |
07 | Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
08 | Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları |
09 | Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar |
1604 | Hazır və ya konservləşdirilmiş balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri |
17 | Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
19 | Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
1806 | Şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları |
20 | Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
21 | Müxtəlif ərzaq məhsulları |
2201 | Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar
|
2202 | Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər
|
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 14 noyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 3 noyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 24)
E-mail: samira.mammadova@azpromo.gov.az
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 64)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+994 50) 200 39 40