Home » Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında növbəti görüş keçirilib

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında növbəti görüş keçirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri” il iş komissiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib. Onlayn formatda keçirilən görüşün məqsədi dövlət satınalmaları sahəsində mövcud vəziyyətin müzakirəsi və sahibkarların təkliflərinin dinlənilməsi olub.

Görüşdə dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd olunub.

Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanun layihəsi üzərində işlərin yekunlaşmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığı bildirilib.

Görüşdə iştirak edən sahibkarlar pandemiya şəraitində dövlət satınalmalarının onlayn formatda elektron satınalma portalı (etender.gov.az) vasitəsilə təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda sahibkarlıq subyektləri dövlət satınalmaları prossesində daha aktiv iştiraka dəvət olunublar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.