Home » Sahibkarlara “İxracını tamamla” seminarı keçirilib

Sahibkarlara “İxracını tamamla” seminarı keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və PAŞA Bankın birgə təşkilatçılığı ilə elektron ticarət, bank təminatı, beynəlxalq ticarətin maliyyələşdirilməsi, faktorinq, akkreditiv, kredit, POS terminal, biznes kartları və digər maliyyə alətlərindən istifadə  mövzusunda “İxracını tamamla” adlı onlayn seminar keçirilib.

 Seminarda Azexport.az portalının rəhbəri Ayxan Qədəşov,  PAŞA Bankın Kiçik və orta sahibkarlıq departamenti kreditlərin strukturlaşdırılması şöbəsinin rəhbəri Aqil Kərimov, Kiçik və orta sahibkarlıq departamentinin qeyri-faiz məhsulları üzrə qrup rəhbəri Nərmin İbadullayeva, Kiçik və orta sahibkarlıq departamentinin faktorinq məhsulu üzrə qrup rəhbəri Azad Bağırzadə və bankın Rəqəmsal məhsullar üzrə ekspertləri – Afaq Ağayeva, Pərvin Səlimov, Davud Səmədov, Lalə Əzizli, Xanım Rüstəmova iştirakçıların suallarını cavablandırıb.

  “Microsoft Teams” tətbiqi vasitəsi ilə 50-dək sahibkarın iştirak etdiyi onlayn seminarda sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsi ilə) 10 sahibkar seçilərək aşağıdakı imtiyazları təsdiqləyən kupon əldə etdi:

1. PAŞA Bank tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
a. İxracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;

b. İxracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;

c.İxracatçı şirkətə bankın Əmək haqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.

2. Azexport.az portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:

a. İxracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;
b. Şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin Azexport.az portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;
c.İstehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırması aparılaraq potensial müştərilərin tapılması;

d. İxracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.

Qeyd edək ki, COVİD -19 pandemiyası dövründə Azexport.az portalı müntəzəm olaraq sahibkarların pandemiyanın təsirlərindən daha az zərərlə çıxmasına dəstək olmaq məqsədi ilə istehsalat, idarəetmə və satışlarda müasir həll yollarından istifadəyə dair onlayn təlimlər keçirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.