Home » Sahibkarlara Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

Sahibkarlara Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qida, qeyri-qida, tikinti, hasilat, yanacaq istehsalı və satışı, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirici seminar keçirilib.

Tədbirdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə, Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı isə  “Hökmran mövqedən sui-istifadə hallarına qarşı nəzarətin və tənzimləmənin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, iqtisadiyyatda sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edilib. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində “hökmran mövqe” anlayışının mahiyyəti, hökmran mövqedən sui-istifadə halları, bu halların aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri, eləcə də məsuliyyət tədbirləri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.