Home » Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı görüş keçirilib

Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Hacıqabul rayonunda sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı görüş keçirilib.

Şirvan şəhəri və Hacıqabul rayonundan olan sahibkarların iştirak etdiyi görüşdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq struktur bölmələrinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, müvəkkil bankların, Şirvan şəhər və Hacıqabul rayonunun icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər. 

Görüş zamanı biznes subyektlərinə sahibkarlar üçün dövlətin mövcud maliyyə dəstəyi resursları, o cümlədən Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditləri, onların verilməsi şərtləri, eləcə də biznes üçün digər maliyyə alətləri barədə ətraflı məlumat verilib, bu sahədə KOBİA-nın dəstək və xidmətləri diqqətə çatdırılıb.

Görüş çərçivəsində həmçinin, biznesin maliyyə resurslarına çıxışı barədə sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.