Home » Sahibkarlarla vergi qanunvericiliyi və inzibatçılığına dair görüş keçirilib

Sahibkarlarla vergi qanunvericiliyi və inzibatçılığına dair görüş keçirilib

by bbnadm
0 comments 0 views 0 minutes read

Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində sahibkarlarla görüş keçirilib. 

Görüşdə 40-a yaxın sahibkarlıq subyekti, Dövlət Vergi Xidmətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə sahibkarlar Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb, vergi bəyannamələri ilə bağlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda görüşdə sahibkarlara KOBİA-nın struktur bölmələri tərəfindən vergi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri, o cümlədən vergi ilə bağlı məsləhət xidməti və təlimlər, KOB maraqlarının müdafiəsi barədə məlumat verilib. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.