Home » Mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi “Bakı KOB evi”ndə həyata keçiriləcək

Mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi “Bakı KOB evi”ndə həyata keçiriləcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Yanvarın 10-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatın Bakı şəhəri üzrə verilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Sahibkarlar mənşə sertifikatını əldə etmək məqsədilə Dövlət Xidmətinin “Bakı KOB evi”ndə xidmət göstərən pəncərələrinə yaxınlaşaraq aidiyyəti üzrə müraciət edə bilərlər. İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində “Elektron xidmətlər” bölməsi

(https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) vasitəsilə mənşə sertifikatı üçün müraciət etmiş sahibkarlar da “Bakı KOB evi”nə gəlməklə onlayn qaydada sifariş etdikləri sertifikatı təhvil ala bilərlər.

Ünvan: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.