Home » Şahin Bağırov: “Orta Dəhliz ölkələrinin əsas hədəfi tranzitin asanlaşdırılmasıdır”

Şahin Bağırov: “Orta Dəhliz ölkələrinin əsas hədəfi tranzitin asanlaşdırılmasıdır”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizinin (Orta Dəhliz) əhatə etdiyi ölkələrin əsas hədəfi və missiyası tranzitin asanlaşdırılmasıdır.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tranziti asanlaşdırmaq üçün vacib məsələlərdən biri də təhlükəsizliyi təmin etməkdir: “Tranzitin asanlaşdırılması üçün təhlükəsizlik tədbirləri diqqətdə olmalıdır. Bunun da təmin edilməsi üçün müxtəlif formaları və müxtəlif mexanizmləri mövcuddur”.

Ş.Bağırov bildirib ki, Azərbaycanda da buna əsas diqqət yetirilir: “Biz hesab edirik ki, tranziti sadələşdirməklə təhlükəsizlik tədbirlərinə və onun təmin edən sistemlərdən istifadə ediləcək. Apardığımız fəaliyyət də məhz təhlükəsizlik aspektini qorumalıdır”.

Zəngəzur dəhlizinin reallaşdırılmasından sonra Azərbaycan üzrərindən daşınan tranzit yüklərin təhlükəsizlik məsələrinə gəldikdə isə Ş. Bağırov bildirib ki, bu dəhliz mütləq reallaşacaq və burada təhlükəsizlik tədbirləri əsas diqqətdə olacaq.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Report

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.