Home » Salyanda “Yelo Bank ilə məktəbə sarı” aksiyası keçirilib

Salyanda “Yelo Bank ilə məktəbə sarı” aksiyası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yelo Bank regionların yalnız iqtisadi inkişafına deyil, həmçinin sosial həyatlarına da öz töhfəsini verməyə çalışır. Bank bu dəfə yeni tədris ili ərəfəsində Salyan məktəbliləri üçün xeyriyyə aksiyası həyata keçirib. Qeyd edək ki, Yelo Bank bir neçə ay əvvəl Salyan şəhərinə də parlaq bankçılığı gətirmişdi. 

“Yelo ilə məktəbə sarı” adlı sosial aksiyanın əsas məqsədi məktəbə yeni başlayan uşaqların çanta və digər məktəb ləvazimatları ilə təmin olunmasıdır. Sentyabrın 5-i Salyan şəhəri, 2 saylı orta məktəbdə həyata keçirilən tədbirdə Bankın əməkdaşları ilə yanaşı, məktəb və Təhsil Nazirliyinin də nümayəndələri yaxından iştirak edib. Salyanın müxtəlif məktəblərindən olan 30-dan çox şagirdə hədiyyələr təqdim olunduqdan sonra onlar üçün əyləncəli şou təşkil edildi. Yelo Bank bu sosial təşəbbüsü ilə regionlarda təhsilə dəstəklə yanaşı, yeni məktəbə başlayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməyi də hədəfləyir.

Yelo Bank cari ilin əvvəlindən uşaqlara parlaq gələcəklərini qurmağa dəstək məqsədli bir çox layihələrə imza atıb. İlin sonunadək bu cür təşəbbüskar layihələrin davam etdirilməsi planlaşdırılır.

Bank xidmətləri, o cümlədən, o cümlədən online ödəmə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.