0

“Samsung Electronics” şirkəti 2026-cı ilə qədər kapital xərclərinə və tədqiqatlara 110 trilyon vondan (73,3 milyard dollar) çox investisiya qoymağı planlaşdırır.
BBN.az xəbər verir ki, investisiya yaddaş çiplərinin tutumunun genişləndirilməsini, eləcə də süni intellekt tədqiqatlarını əhatə edəcək.
Şirkət açıqlamasında bildirib ki, investisiya süni intellekt texnologiyasında liderliyini möhkəmləndirməyə yönələcək.




