Home » “Samsung”un gəlirləri 900%-dən çox artıb – Şirkət açıqlayıb

“Samsung”un gəlirləri 900%-dən çox artıb – Şirkət açıqlayıb

by anar
0 comment 3 views 1 minutes read

Cənubi Koreya əsaslı, dünyanın ən böyük yaddaş çipləri, smartfonlar və televizorlar istehsalçısı “Samsung”un gəlirləri 900%-dən çox artıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, texnologiya nəhənginin gəlirlərində artımın səbəbi isə çip qiymətlərinin post-pandemiyadan sonra bərpa olması və süni intellekt (Aİ) ilə əlaqədar məhsullara tələbatın artması ilə bağlıdır.

Bildirilir ki, şirkət yanvar-mart aylarını əhatə edən 2024-cü ilin I rübü ilə bağlı detallı maliyyə hesabatını aprelin 30-da açıqlayacaq.

Texnologiya nəhənginin təxminlərinə əsasən I rübdə əməliyyat gəliri 6.6 trilyon vona, yaxud 4.9 milyard dollara çatıb. Bu isə 2023-cü ilin anoloji dövrü ilə müqayisədə 931%-dən çox qiymətləndirilir. Eyni zamanda bu təxminlər hələ ki, ekspertlərin 5.7 trilyon von gözləntilərini də üstələyir.

Qeyd edilir ki, aprelin 3-də Tayvan-da (rəqib ölkələrdəndir-red.) baş verən zəlzələdən dolayı çiplərin qlobal təchizatı məsələsində Samsung-a kömək olacaq və qiymətləri yüksəldəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.