Home » “Sanoatsodirotbonk”ın nümayəndələri təcrübə mübadiləsi proqramında iştirak ediblər

“Sanoatsodirotbonk”ın nümayəndələri təcrübə mübadiləsi proqramında iştirak ediblər

by anar
0 comments 2 views 1 minutes read

Proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində Fondun təcrübəsi təqdim edilib.

Tacikistan Respublikasının Dövlət Unitar Sənaye və İxrac Bankı “Sanoatsodirotbonk”ın nümayəndələri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) təcrübə mübadiləsi proqramında iştirak ediblər. Qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu üzrə keçirilən proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində Fondun təcrübəsi təqdim edilib. Bununla yanaşı, sahibkarların güzəştli maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində icra olunmuş tədbirlərin mahiyyəti izah edilib. Həmçinin Fondun fəaliyyətinin ölkə iqtisadiyyatı üzrə müəyyənləşdirilmiş prioritetlərə uyğun qurulması üçün görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, 2024-cü ildən etibarən SİF-lə əməkdaşlıq edən Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı “Sanoatsodirotbonk” sahibkarlara bir sıra maliyyə mexanizmləri, o cümlədən kredit, ixracın maliyyələşdirilməsi və digər bank xidmətləri vasitəsilə dəstək olur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.