Sektor ilə bağlı narahatlığa rəğmən Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırıb

Cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) qlobal sektor ilə bağlı narahatlığa rəğmən faiz dərəcələrini 50 baza bəndi artırıb və 3.5%-ə çatdırıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, AMB bir neçə həftə öncə açıqlamasında qeyd edirdi ki, Avropa İttifaqı (Aİ) blokuna daxil olan 20 üzv ölkədə inflyasiya hədəf səviyyədən yüksək qalmağa davam edir və buna görə də faiz artımları şərtdir.

Qeyd edək ki, ilkin data-lar göstərib ki, fevralda Aİ-də inflyasiya Mərkəzi Bank üçün hədəf səviyyə olan 2%-dən yuxarıdır və 8.5%-dir.

Əlavə edək ki, ötən həftə 2 Amerika bankı iflas etdiyini açıqlamışdı, bu isə 2008-ci il maliyyə böhranından bu yana sektor ilə bağlı ən böyük uğursuzluq hesab edilirdi.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır