Home » “Siemens” minlərlə işçisini ixtisar edəcək

“Siemens” minlərlə işçisini ixtisar edəcək

by yunus
0 comments 0 views 1 minutes read

Alman texnologiya şirkəti “Siemens” 6 minə yaxın, o cümlədən Almaniyada 2850 işçini ixtisar etməyi planlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir .

Məlumata görə, ixtisarlar avtomatlaşdırma sektoruna və elektromobillər üçün enerji doldurma stansiyaları sahəsində biznesə təsir edəcək. “Siemens”, son 24 saat ərzində kütləvi ixtisar planlarını elan edən ikinci böyük Alman şirkəti oldu.

Qeyd edək ki,  “Audi Qrup”u xərclərin azaldılması proqramının bir hissəsi olaraq 2029-cu ilin sonuna qədər Almaniyada ümumilikdə 7500 iş yerini ixtisar etmək niyyətində olduğunu açıqladı.

“Siemens” informasiya texnologiyaları və kommunikasiyalar, avtomatlaşdırma və idarəetmə sistemləri, enerji, nəqliyyat və səhiyyə sahələrində fəaliyyət göstərən aparıcı elektronika və elektrotexnika istehsalçısıdır. Şirkətdə dünya üzrə 300 mindən çox insan çalışır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.