Home » SİF “Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirir

SİF “Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirir. 
Qaliblər müsabiqə şərtləri daxilində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların layihələrinin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.
Müsabiqə aşağıdakı şərtlər əsasında keçirilir: 
– Kreditlər yalnız sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilməlidir; – Müsabiqədə Fond tərəfindən 01.03.2023 – 01.07.2023-cü il tarixlərində kredit ayrılmış mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus layihələrin sayı əsas götürülür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.