0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb. 37 ölkədən 300-ə yaxın şirkətin məhsul və xidmətlərinin təqdim olunduğu sərgidə Sahibkarlığın İnkişafı Fondu da təmsil olunur. Sərgi iştirakçılarına Fondun fəaliyyət istiqamətləri, o cümlədən “yaşıl layihə”lərin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı məlumatlar verilir.
Qeyd edək ki, “Caspian Power” sərgisi iyunun 6-dək davam edəcək.