Home » SİF yenidən “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsini elan edir

SİF yenidən “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsini elan edir

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən “Sənaye və yaşıl layihələrə dəstək” adlı müsabiqə keçirir. Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2024-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.

Qaliblər müsabiqə üzrə bildirilmiş meyarlar üzrə hesablanmış əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu 20.12.2024-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, ilk “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 136 layihəyə ümumilikdə 27 milyon manata yaxın güzəştli kredit ayrılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.