Fevralın 20-də Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Sığorta” mövzusunda maarifləndirici təlim keçiriləcək.
“Bakı KOB evi”ndə keçiriləcək təlimdə ekspert Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq:
– Sığorta nədir;
– Sığorta üçün nə lazımdır;
– Sığorta növləri;
– Sığorta vasitəçiləri;
– Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir;
– Daşınmaz əmlakın icbari sığortası;
– Sığorta qanunvericiliyi;
– Nələr məcburi qaydada sığortalanmalıdır;
– Nələr sığortalana bilməz;
– Sığorta hadisələri;
– Sığorta məbləğləri və sığorta haqları.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlim ödənişsizdir.