Home » Sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan veriləcək

Sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan veriləcək

by anar
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni fəsil – 11-1. “Müstəqil ekspertlər” fəslində əksini tapıb.

Layihəyə əsasən, müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanuna uyğun olaraq aparılır.

Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

Layihəyə əsasən, fiziki və hüquqi şəxslərin müvafiq hallarda müstəqil ekspertlərin reyestrindən çıxarılması da nəzərdə tutulur.

Bundan başqa, layihədə fiziki şəxslərin sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verməsi əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.