Home » Sığorta sektoru üzrə “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsinin növbəti mərhələsi başa çatmışdır

Sığorta sektoru üzrə “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsinin növbəti mərhələsi başa çatmışdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində sığorta məhsullarının satışında iştirak edən əməkdaşlar və sığorta agentləri üçün cari ilin 8 iyun – 24 avqust tarixlərində keçirilmiş kursların iştirakçıları ilə görüş keçirilmişdir. Qeyd edilən təlim proqramı ölkəmizin sığorta sektoru üzrə mövcud vəziyyəti ətraflı təhlil edilərək Türkiyə Cümhuriyyətinin sığorta sektoru üzrə nüfuzlu qurumu TSEV – Türk Sigorta Enstitüsü Vakfı ilə birlikdə tərtib edilmişdir. Tədbirdə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev, Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov təlim iştirakçılarını kursları bitirməkləri münasibəti ilə təbrik etmiş, onların fəaliyyətinin sığorta sektorunun inkişafında əhəmiyyətindən və perspektivdəki işlərdən bəhs etmişlər. Layihənin meneceri Xumar Hüseynova iştirkaçılara sığorta maarifləndirməsi məqsədilə müxtəlif hədəf qrupları, o cümlədən sığortaçıların özləri üçün yaradılmış video dərsləri Virtual təhsil platformasında təqdim etmişdir. Kursu uğurla bitirən 81 nəfər iştirakçıya sertifikatlar təqdim edilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.