“Sığortalının sığortaçıdan hər-hansı bir şikayəti varsa, bunu məhkəmədən öncə Mərkəzi Banka bildirə bilərlər. 2023-cü ildə ötən illərlə müqayisədə şikayətlərin sayında ciddi azalmanın olduğunu müşahidə edirik”.
BBN.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Real TV-yə müsahibəsində bildirib.
“Bu isə ondan xəbər verir ki, sektora inam artıb və sığortaçılar isə daha ədalətlidirlər. Həmçinin 1000-dən çox respondent arasında keçirilən sorğu da göstərir ki, sığortaçılara inam indeksi əhəmiyyətli dərəcədə yüksəlib”, – deyə baş direktor qeyd edib.
Onun sözlərinə əsasən bu istiqamətdə daha çox işlər görülməlidir: “Təbii ki, indiki səviyyə bizi qane edə bilməz, bu yalnız başlanğıcdır. Bu istiqamətdə daha çox işlər görülməlidir”.