Home » “Sığorta şikayətlərinin sayında ciddi azalma qeydə alınıb”

“Sığorta şikayətlərinin sayında ciddi azalma qeydə alınıb”

by ulviyya
0 comment 2 views 1 minutes read

“Sığortalının sığortaçıdan hər-hansı bir şikayəti varsa, bunu məhkəmədən öncə Mərkəzi Banka bildirə bilərlər. 2023-cü ildə ötən illərlə müqayisədə şikayətlərin sayında ciddi azalmanın olduğunu müşahidə edirik”.

BBN.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Real TV-yə müsahibəsində bildirib.

“Bu isə ondan xəbər verir ki, sektora inam artıb və sığortaçılar isə daha ədalətlidirlər. Həmçinin 1000-dən çox respondent arasında keçirilən sorğu da göstərir ki, sığortaçılara inam indeksi əhəmiyyətli dərəcədə yüksəlib”, – deyə baş direktor qeyd edib.

Onun sözlərinə əsasən bu istiqamətdə daha çox işlər görülməlidir: “Təbii ki, indiki səviyyə bizi qane edə bilməz, bu yalnız başlanğıcdır. Bu istiqamətdə daha çox işlər görülməlidir”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.