Home » Şikayətlərdən sonra Twitter qərargahındakı “X” loqosu silindi

Şikayətlərdən sonra Twitter qərargahındakı “X” loqosu silindi

by anar
0 comments 4 views 1 minutes read

Twitter-in San-Fransiskodakı baş qərargahındakı nəhəng, parlaq X loqosu sakinlərin şikayətindən sonra yığışdırılıb.

BBN.az xəbər verir ki, Twitter-in San-Fransiskodakı baş qərargahındakı nəhəng, parlaq X loqosu sakinlərin şikayətindən sonra yığışdırılıb. Twitter sosial media şirkətinin sahibi Elon Muskın Twitter-in loqosunu baş ofisdə “X” hərfi ilə əvəz etmə qərarını davam etdirir.

San-Fransisko şəhərinin Bina Təftişi Departamenti, icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayət aldığını bildirib. Rəsmilər qeyd edib ki, camaat “X” loqosunun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənir.

Twitter-in baş ofisində loqonun dəyişdirilməsi ilə bağlı şikayətlər və icazə müzakirələri davam edərkən, klassik “quş” loqosunu əvəz edən “X” silindi. Twitter hesabının şərhində “X.com” yazan Musk, “X.com” ünvanının artıq “twitter.com”a yönləndirildiyini açıqladı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.