Home » “SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

by Zeyneb
0 comments 1 views 1 minutes read

Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.

Vergi ödəyiciləri üçün vacib olan səmərəliliyi isə SİMA rəqəmsal imza öz innovativ həlləri ilə təmin edir. Hazırda “SİMA İmza” ilə bütün vergi xidmətləri əlçatandır ki, bu da hesabatların təqdim olunması, müraciətlərin göndərilməsi, sənədlərin təsdiqlənməsi və digər vacib əməliyyatların operativ şəkildə həyata keçirilməsinə şərait yaradır.

SİMA rəqəmsal imzanı ilk dəfə əldə edən sahibkarlar və kommersiya qurumları qeydiyyat zamanı 6AYPULSUZ promokodunu daxil edərək, ilk 6 ay ərzində xidmətdən tamamilə ödənişsiz yararlana bilirlər. Güzəştli müddət bitdikdən sonra aylıq abunə haqqı 2.40 AZN və ya 3 illik alışda isə cəmi 55 AZN təşkil edir.

Ənənəvi elektron imzalardan fərqli olaraq, “SİMA İmza” biznes subyektlərinə hər hansı xidmət mərkəzinə getmədən, əlavə sənəd toplamadan və vaxt itirmədən biznes imzası əldə etmək imkanı yaradır. İstifadəçilər sadəcə mobil tətbiqi yükləyərək biometrik eyniləşdirmə vasitəsilə qeydiyyatdan keçir və dərhal biznes imza sertifikatına sahib olurlar.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.