Home » Simulyasiyalar əsasında əməliyyat-taktiki təlim keçirilib

Simulyasiyalar əsasında əməliyyat-taktiki təlim keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fevralın 27-də Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir texniki nəzarət vasitələri ilə təmin edilmiş laboratoriyada gömrük orqanlarının vəzifəli şəxslərinin ixtisasartırma təlimlərinə cəlb edilmiş əməkdaşlarına təlim keçirilib. Təlim gömrük nəzarətinin formalarının tətbiqi ilə bağlı, reallığa maksimal dərəcədə yaxın olan şəraitdə gömrük orqanlarının fəaliyyətində rast gəlinən faktlar üzrə müxtəlif simulyasiyalar əsasında əməliyyat-taktiki səciyyə daşıyan işgüzar oyunlar formasında təşkil olunub.

İşgüzar oyunlarda ixtisasartırma təlimlərinə cəlb edilmiş əməkdaşların gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin elmi-nəzəri, qanunvericilik əsasları, təcrübi məsələləri ilə bağlı bilikləri, həmçinin peşə vərdiş və bacarıqları yoxlanılıb, adı çəkilən istiqamətlərdə onlara zəruri tövsiyələr verilib.

Simulyasiyalar əsasında əməliyyat-taktiki səciyyə daşıyan işgüzar oyunlar formasında təlimi Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə birgə Akademiyanın “İxtisas fənləri” kafedrası təşkil edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.