Home » SKSP-nin rezidenti daha bir Avropa ölkəsinə karbamid gübrəsinin ixracına başlayıb

SKSP-nin rezidenti daha bir Avropa ölkəsinə karbamid gübrəsinin ixracına başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixrac edilib və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın məhsul satılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası genişlənməkdə davam edir. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.

Qeyd edək ki, “SOCAR Karbamid” zavodu 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, zavod tərəfindən Sənaye Parkının ərazisində azot gübrəsinin istehsalı həyata keçirilir.

İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.