Home » “Smart Customs” tətbiqinə “SİMA İmza” ilə də daxil olma imkanı yaradılıb

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə də daxil olma imkanı yaradılıb

by anar
0 comment 1 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə fəaliyyət dairəsini genişləndirməyə davam edir.

2022-ci ilin iyunundan Dövlət Gömrük Komitəsinə (DGK) məxsus e.customs.gov.az portalında elektron gömrük xidmətlərindən istifadə edən SİMA İmza sahibləri, artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də eyni xidmətlərdən istifadə edə bilərlər.

Belə ki, DGK ilə aparılmış birgə işlər nəticəsində “SİMA İmza”nın komitəyə məxsus “Smart Customs” tətbiqinə inteqrasiyası uğurla tamamlanıb. Vətəndaşlar və fərdi sahibkarların “Smart Customs” tətbiqində şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olması imkanı yaradılıb. Bunun üçün istifadəçinin mobil cihazında SİMA tətbiqinin olması kifayətdir.

İstifadəçilər “Smart Customs” tətbiqində aşağıdakı əməliyyatları rahatlıqla icra edə bilərlər:

  • Elektron Ticarət – Sadələşdirilmiş bəyannamə verilməsi
  • Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verilməsi
  • Gömrük ödənişlərinin hesablanması
  • Elektron növbə götürülməsi
  • Sürətli keçid əldə edilməsi
  • GÖÖEN (Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi) alınması
  • Mobil cihazın gömrükdə bəyan edilib-edilmədiyinin yoxlanılması
  • Elektron hesab səhifəsi açılması
  • DGK-a elektron müraciət göndərilməsi

Qeyd edək ki, “SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.