Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb - BBN

SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCAR tərəfindən rəqəmsal transformasiya, istehsal proseslərinin rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması, həmçinin informasiya texnologiyaları sahəsində konsultasiya xidmətlərinin göstərilməsini nəzərdə tutulur.

Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model – LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn “Seismic AI” (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və “Daily Drilling” layihələrində konsultasiya dəstəyi göstərəcək.

SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.

Related posts

Neft qiymətləri mayda yüksəlib: “Brent” 107,5 dollara çatıb

Neft bazarında “sülh” qeyri-müəyyənliyi: Qiymətlər niyə enir?

İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı