Home » SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

by Aytac
0 comments 1 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın həm ABŞ, həm də İsrail ilə müxtəlif sahələr, o cümlədən enerji sektoru üzrə uğurlu əməkdaşlıq əlaqələri məmnunluqla qeyd olunub. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının enerji sektorunda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı İsrailin Azərbaycan neftinin əsas ixrac bazarlarından biri olduğu bildirilib, SOCAR-ın İsraildə həyata keçirdiyi layihələrdən bəhs olunub. Bu xüsusda, 2025-ci ildə “Tamar” qaz yatağında SOCAR tərəfindən 10 faiz iştirak payının alındığı, eləcə də SOCAR-ın “Leviathan” yatağının yeni sahəsində bp və İsrailin “NewMed” şirkəti ilə birlikdə qazma işləri aparmaq üçün lisenziyalar əldə etdiyi qeyd olunub.

Görüşdə SOCAR-ın ənənəvi neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, dekarbonizasiya hədəfləri barədə məlumat verilib, “upstream” layihələrində dayanıqlılığa və sosial məsuliyyətdən irəli gələn məsələlərə xüsusi önəm verdiyi bildirilib. Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının önəmi vurğulanıb, bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla, ümumilikdə 16 ölkəyə nəql edildiyi diqqətə çatdırılıb.

Tərəflər enerji keçidi, rəqəmsallaşma, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.