Home » SOCAR-ın hesablarına ötən il 32,3 milyard manat vəsait daxil olub

SOCAR-ın hesablarına ötən il 32,3 milyard manat vəsait daxil olub

by Zeyneb
0 comments 1 views 1 minutes read

Ötən il ərzində SOCAR-ın valyuta və hesablaşma hesablarına 32,3 milyard manat vəsait daxil olub.

Bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.

Hesabata əsasən, 2025-ci ildə SOCAR üzrə əsaslı vəsait qoyuluşu 954,1 milyon manat təşkil edib.

Bildirilib ki, ötən il şirkət tərəfindən 7,1 milyon ton neft və 7,8 milyard kubmetr təbii qaz hasil olunub. Hasil edilən neftin 2,5 milyon tonu, təbii qazın isə 2,9 milyard kubmetri ixraca yönəldilib.

Qeyd olunub ki, ixrac edilən neftin bütün həcmi Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunub.

Hesabatda vurğulanır ki, neft və qazın ixracından əldə olunan ümumi gəlir 1,7 milyard ABŞ dolları təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.