0

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il tarixli sərəncamda dəyişiklik edib.
Bu barədə dövlət başçısı yeni sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov vəzifəsindən çıxarılaraq, onun yerinə maliyyə nazirinin I müavini Anar Kərimov təyin olunub.
Qeyd edək ki, edilən dəyişiklik SOCAR-ın idarəetmə strukturunda yenilənməyə yönəlib.




