Home » SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

by ulviyya
0 rəy 0 baxış 0 dəqiqə oxuma

31 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə görüşüb.

Görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına” dair sazişlərin önəmi vurğulanıb.

Tərəflər enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.