Home » SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

27 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Ciulia Çierçia ilə görüşüb.

Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb. Ötən ilin dekabrında SOCAR və bp şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.

SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.

Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.